Accessibility links

Heratda 7 adam həlak olub - 2004-09-12


Əfqanıstanın Herat şəhərində keçirilən etiraz aksiyaları zorakılıqlarla müşaiyət edilib. Belə ki, yüzlərlə nümayişçi bu gün BMT-nin ofislərini yadırmışlar. Xəstəxana işçilərinin bildirdiyinə görə 7 adam həlak olmuş, onlarla insan yaralanmışdır. Hadisənin qurbanlarının kimliyi hələ müəyyən edilməmişdir. Röyter xəbər agentliyinin məlumatında deyilir ki, nümayişçilər polis və əsgələrin atəşinə məruz qalmışlar. BMT nümayəndəsi işçilərinin təhlükəsiz yerə köçürüldüyü təsdiq etmişdir. Etiraz dalğasına səbəb vali İsmayıl Xanın işdən kənar edilməsi olmuşdur. Prezident Karzayın mərkəzi hökumətdə vəzifə təklifi cənab Xan tərəfindən qəbul edilməmişdir.

XS
SM
MD
LG