Accessibility links

Şimali Koreyadakı partlayışın nüvə sınağı olmadığı ehtimal edilir - 2004-09-12


Birləşmiş Ştatların dövlət katibi Kolin Pauel Amerikanın Şimali Koreyanın nüvə silahı sınağı keçirdiyinə inanmadığını bildirib. Dövlət katibi deyib ki, Şimali Koreyanın Yanqang vilayətindəki şiddətli partlayışın nüvə silahları ilə əlaqəsi olduğu ehtimal edilmir. Partlayış haqda ilkin məlumatı Cənubi Koreyanın Yonhap xəbər agentliyi yaymışdı. Xəbərdə deyilmişdi ki, göbələk şəkilli dumanın raduisu 3.5 km idi. Yaponiyanın diplomatik mənbələrinin bildirdiyinə görə, partlayışa raket yanacağı səbəb ola bilərdi. Cənubi Koreya da Şimali Koreyanın nüvə sınağı keçirdiyini ehtimal etmədiyini bildirib.

XS
SM
MD
LG