Accessibility links

Amerika Iranı nüvə silahı istehsal etməyə qoymayacaq - 2004-09-12


Birləşmiş Ştatların yüksək səviyyəli elçisinin dediyinə görə, Prezident Buş Tehranın nüvə proqramı ilə bağlı İranla yaranmış qarşıdurmanı sülh yolu ilə həll etməkdə qətidir. Lakin diplomatiya uğurlu nəticə vermədiyi halda Vaşinqtonun hərbi ölçülərə əl atacağı haqda suala cavab verən Dövlət Katibinin müavini Con Bolton deyib ki, Amerika İrana nüvə silahı əldə etməyə imkan verməyəcək. Cənab Boltonun bu günkü çıxışı İran Xarici İşlər naziri uran zənginləşdirilməsinə son qoymaq haqda beynəlxalq ictimaiyyətin tələblərini rədd etdikdən sonraya təsadüf edir. İran nümayəndəsi əlavə edib ki, Tehran Avropa dövlətlərinə nüvə silahı istehsal etməyəcəyi haqda əminlik verməyə hazırdır. Sabah BMT Nüvə Agentliyi Vyanada görüşərək İranın nüvə silahı istehsal etməyə çalışmadığını sübut edən qətnaməni nəzərdən keçirəcək.

XS
SM
MD
LG