Accessibility links

NATO-nun sabah Bakıda keçiriləcək təlimləri ləğv edilib - 2004-09-13


NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçiriləcək «Cooperativ Best Effort-2004» təlimlərinin ləğv edilməsinin səbəbləri açıqlanmır. Bununla yanaşı, Qarabağ Azadlıq Təşkilatı Ermənistan ordusunun zabitlərinin NATO təlimlərində iştirakına etiraz edir. Təşkilatın tərəfdarları bu gün Azərbaycan xarici işlər nazirliyi qarşısında piket keçirib. Bərdədə yaşayan məcburi köçkünlər doğma torpaqlarına qayıtmaq arzusundadır. Onlar sosial problemlərinin çoxluğundan da şikayətlidir. Milli Təhlükəsizlik nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işçisinin test suallarını qəbul imtahanlarından öncə bunkerdən çıxararaq satdığını müəyyən edib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, dövlət komissiyasının işçisi test suallarını 200 min ABŞ dollarına satıb. Hazırda altı nəfər həbs edilib

XS
SM
MD
LG