Accessibility links

ABŞ-ın hərbi qüvvələri İraqın Fallucandakı yaraqlıların müvqeyinə hücum ediblər - 2004-09-13


Amerikanın hərbi təyyarələri qiyamçıların mövqeyi olmasından şübhənilən bir hədəfi bombardman edib. Falluca şəhər xəstəxanasının rəsmiləri deyirlər ki, əməliyyat nəticəsində azı 16 nəfər həlak olub, onlarla adam isə xəsarət alıb. Amerikanın hərbi komandanlığı bildirir ki, ABŞ hərbi qüvvələri İordan mənşəli Əbü Musab Zərqavinin terrorçu qrupunun gizləndiyi məntəqəyə havadan zərbə endiriblər. Amerikanın hərbi rəsmiləri həmçinin deyirlər ki, bu hücum məqsədinə nail olub. Lakin onlar bu barədə ətraflı məlumat verməyiblər. Şahidlər deyirlər ki, onlar bir neçə partlayışın səsini eşidiblər. Bu parytlayışlardan sonra Fallucanın qonşuluğundakı Əl Şurta məntəqəsindən havaya tüstü qalıb.Bu məntəqə sünni qiyamçıların əsas istehkamı sayılır. İraqın rəsmiləri isə bu gün bildiriblər ki, dünən ölkə miqyasında Amerikanın hərbi qüvvələriylə qiyamçılar arasında baş verən atışmalarda 75-dən çox adam öldürülüb.

XS
SM
MD
LG