Accessibility links

Sudanda insan hüquqlarının vəziyyəti araşdırılır - 2004-09-14


Sudan hökümətinin icazəsini bir neçə ay gözləyən Amnesty İnternational təşkilatının yüksək vəzifəli nümayəndələri ölkənin müharibəyə məruz galmış Darfur regionuna bir həftəlik səfərə başlamışlar. Təşkilatının baş katibi İren Xanın rəhbərliyi ilə nümayyəndə heyəti Darfurdakı düşərqələrdə məskünlaşmış köçkünlər, yerli rəsmilər, yardım işçilərilə görüşüb, insan hüqüqları sahəsindəki vəziyyəti tam araşdırmaq niyyətindədir. Bundan əlavə, nümayəndə heyəti əldə edəcəyi məlumatları Sudan höküməti ilə müzakirə etməyi planlaşdırır. Müzakirənin əsas məqsədi kütləvi zorakılıqlar həyata keçirən hökümətə sadiq hərbi dəstələrin tərksilahı və tərxisi məsələsinə mümkün qədər təziyq göstərmək olacaq. Amnesty İnternational təşkilatının yaydığı məlumata görə 18 ay davam edən münaqişə nəticəsində bir milyondan artıq insan ev-eşiyindən didərgin düşmüş, 30 min nəfər gətlə yetirilmiş, yüzlərlə kənd dağıdılmış, minlərlə qadın və gız zorlanmışdır.

XS
SM
MD
LG