Accessibility links

Con Kerri iqtidarı bəhanəçilikdə ittiham edir - 2004-09-15


Demokratların prezidentliyə namizədi Con Kerri deyir ki, Prezident Buş öz hakimiyyəti dövründə işdən çox bəhanə yaradıb. Detroyt İqtisadiyyat Klubu qarşısında çıxış edən cənab Kerri Buş administrasiyasını “bəhanə prezidentliyi” adlandırıb. Onun sözlərinə görə Buş hökuməti iqtisadi zəifliyin günahını 2001-ci il Sentyabrın 11-i baş vermiş terror hadısələrinin üzərinə yıxır. Öz növbəsində Buşun seçki kampaniyasının sözçüsü Kerrinin iqtisadiyat haqda fikirləri ilə razılaşmadğğını deyərək Demokrat namizədin çıxışını “gələcəyə qaranlıq baxışın təzahürü” kimi qiymətləndirib.

XS
SM
MD
LG