Accessibility links

Türkiyənin  cinayət məcəlləsində xənayətə yer verilmədi - 2004-09-15


Avropa liderləri və feminist qrupların təzyiqləri altında Türkiyənin Ədalət və İnkişaf partiyası ailə xəyanətinin cinayət məcəlləsinə salınması planını təxirə salmalı olmuşdur. Bu qərar dünyəviçilik tərəfdarı Respublikaçı Xalq Partiyası liderləri və 2 aparıcı kabinet naziri arasında aparılan müzakirələrin nəticəsidir. Ədliyyə naziri Cemil Çiçek danışıqlardan sonra müxbirlərlə söhbətində bildirmişdi ki, müxalifətlə birgə təklif paketi əldə edilmişdir. Nazir razılığın insan hüquqları və azadlıqların təminatını nəzərdə tutduğunu demişdir. O, xəyanətlə bağlı qanunun ləvğ edildiyini təsdiq etməsə də, müşahidəçilərin fikrincə müxalifətlə əldə edilən razılıq bunun ləvğ edildiyi deməkdir. Görüş Türkiyə parlamentinin qanun məcəlləsinə əlavələr edilməsi ilə bağlı debatlarından bir neçə saat əvvələ təsadüf etmişdi. Bu əlavələrə nikahdan kənar doğulan körpələrin qətlə yetirilməsi və işgəncələrə qarşı kəskin ölçülər götürülməsi daxildir. Əlavələr oktyabr ayından əvvəl, Avropa Birliyinin Türkiyənin birliyiə üzvlüyü ilə bağlı hesabatının açılanmasına qədər səsə qoyulmalıdır.

XS
SM
MD
LG