Accessibility links

Ərəb ölkələri İraqı tanıyacaqlar - 2004-09-15


Ərəb ölkələrinin Xarici İşlər Nazirləri bütün Ərəb dövlətlərini İraqla tam diplomatik münasibətlərin bərpasına çalğırıblar. Ərəb Xarici İşlər Nazirləri bu çağırışı Qahirədə keçirdikləri yığıncaqda qəbul etdiblər.

Sənəddə qeyd edilib ki, Birləşmiş Ştatların dəstəklədiyi İraq müvəqqəti hökumətinin siyasi sələrinə yardım etmək məqsədilə, Ərəb dövlətləri İraqla tam diplomatik münasibətlərini bərpa etməlidirlər. Qətnamə həmçinin Ərəb dövlətlərini İraq polisi və təhlükəsizlik qüvvələri daxil olmaqla İraq hökumətinin işçilərinə təlimlər verməyə çağırıb. İordaniyada yerləşən Əl-Qüds araşdırma mərkəzinin başçısı Uraib Əl Rantavi deyir ki, qətnamə İraq müvəqqəti hökumətinə ölkədə sülh və sabitliyinin bərpasına yardım edə bilər.

Suriya daxil olmaqla bəzi Ərəb dövlətləri iddia edirlər ki, İraqın müvəqqəti hökuməti BMT- tərəfindən təşkil edilsə də, əslində o, ABŞ-ın oyuncağıdır.

Ərəb ölkələri Xarici İşlər Nazirləri həmçinin BMT-nin Suriyanı Livanda hərbi qüvvələrinin çıxartması barədəki bəyanatını dəstəkləyiblər. Bu dəstəkdən sonra, prezident Hüsni Mübarək gözlənilmədən Dəməşqə səfər edib. O, Suriyalı həmkarı Başar Əl-Əsəd ilə Suriyanın Livandakı rolu daxil olmaqla reqionala məsələləri müzakirə edib. Misir və Suriya rəsmilərinin dediyinə görə, görüşən prezidentlər razılaşıblar ki, Livanın suverenliyinin bərpasına ehtiyac var.

XS
SM
MD
LG