Accessibility links

BMT katibinin İraq müharibəsi haqda dedikləri etirazla qarşılanır - 2004-09-16


Dünən öz çıxışında Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Kofi Annan İraqa müdaxiləni beynəlxalq ganunvericiliyin pozuntusu adlandırdırmışdır. Lakin ABŞ-ın İraqdakı əsas müttəfiqləri müharıbənin ganuni olduğunu israr edirlər. Britaniyanın BBC radiostansiyasına verdiyi müsahibədə, cənab Annan İraq müharibəsini geyri-ganuni və BMT-nin nizamnaməsinə zidd olduğunu bildirimişdir. İraqdakı müharibənin “geyri-ganuni” olması barədə müxbirlərin təkidlə verdiyi suallara, cənab Annan bu əməliyyatın BMT nizamnaməsinə uyğun gəlmədiyini və bu nögteyi-nəzərdən “geyri-ganuni” olduğunu bildirmişdir.

Britaniya, Avstraliya və Buş administrasiyasının sabiq rəsmisi bu gün bu şərhi rədd etmişlər.Britaniyanın Baş Naziri Tony Bleyerin verdiyi bəyanatda deyilir ki, İraqa müdaxilədən əvvəl ölkənin yüksək səviyyəli hüquqşunası bu növ əməliyyatın qanuni olduğunu təsdiqləmişdi.

Avstraliyanın Baş Naziri Con Hovard da öz ölkəsinin bu müharibədə iştirakını müdafiə etmişdir. O, bildirmişdir ki, hüquqi məsləhətləşmələr bu əməliyyatın “tamamilə qanuni” olduğunu göstərir. Birləşmiş Ştatlar Müdafiə Naziri Donald Ramsfeldin sabiq müşaviri Rendi Şöyneman, cənab Annanı Amerikadakı növbəti prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham etmişdir.

XS
SM
MD
LG