Accessibility links

Avropa Komissiyasının sədri  Azərbaycanda səfərdədir  - 2004-09-17


Avropa Komissiyasının sədri Romano Prodi bildirib ki, Ermənistan Azərbayсavn münaqişəsinin sülh yolu ilə nizamlanmasında iki ölkə prezidentinin dialoqunu dəstəkləyir. O Rusiyada son günlər baş verənləri avtoritarizmə doğru atılmış addım adlandırıb. «Avropa komissiyası Rusiya hökumətinin avtoritarizmə doğru addımlarından narahatdır»-deyə o bəyan edib. Müxalifət liderlərinin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib. Şahidlərin hamısı istintaq orqanlarının fiziki və mənəvi təzyiqinə məruz qaldıbğını məhkəmənin diqqətinə çatdırıb. ATƏT-in xüsusi müşahidəçisi Pol Qarlik isə bu təşkilatda müxalifət liderəlrinin məhkəməsinin yekunları ilə bağlı diskusiyalar aparıldacağını bildirib. Qazax rayonun keçmiş Xüsusi Təyinatıl Polis Dəstəsinin sabiq komandiri Elçin Əmiraslanovun ömürlük həbs cəzası qüvvədə saxlanılıb.Məhkəmə qarşısında oturan 11 nəfərdən yalnız ikisi azadlığa buraxılıb.

XS
SM
MD
LG