Accessibility links

Prezident Buş həftəlik müraciətində dünya problemlərindən söz açır - 2004-09-18


Prezident Buş deyir ki, Amerika xalqının rifahı tibbi xidmətin yaxşılaşdırılması, material firavanlığın genişlənməsi, və dünyada demokratiyanın yayılması ilə bağlıdır. Cənab Buş bu gün həftəlik radio ilə müraciətində gələn həftə BMT-də müzakirə edəcəyi məsələlərdən söz açıb. O, aclığa və yoxsulluğa qalib gəlməyin inkişafda olan ölkələr üçün mühüm əhəmiyyət daşıdığını qeyd edərək, AİDS, vərəm və malariya xəstəliklərinin aradan qaldırılmasınğm vacibliyini vurğulayıb. Demokratların Senatorluğa namizədi Betti Kastor isə radio ilə özünün bu günkü müraciətində siyasi partiyaları öz fikir ayrılıqlarını bir kənara qoyaraq 3 iri qasırğanın dağıntılar törətdiyi Florida ştatına kömək etməyə çağırmışdır.

XS
SM
MD
LG