Accessibility links

Rusiya Prezidenti Cənubi Koreyalı həmkarı ilə görüşüb - 2004-09-21


Rusiya prezidenti Vladimir Putin və onun Cənubi Koreyalı həmkarı Roh Moo Hyun Şimali Koreyanın nüvə proqramını müzakirə etmək məqsədilə Kremlində bir araya gəlmişlər. Prezident Putin deyib ki, o, Koreya yarımadasının nüvə silahından azad olmasını istəyir, və 6 dövlətin bu yönümdə birgə danışıqlarını bərpa etməsinə tərəfdardır. Təbiət mühafizəçilərinin etirazlarına baxmayaraq silah növlü plutoniumla dolu gəmi mülki sahədə istifadə edilmək üçün Fransaya yola düşmüşdür. Areva adlı Fransız şirkətinin verdiyi məlumata görə 140 kiloqramlıq yük daşıyan iki silahlı gəmi bu gün Cənubi Karolinadan çıxmışdır. Arevanın Koqema bölməsi plutoniumu MOX adlı mülki nüvə yanacağına çevirdikdən sonra reaktorlarda istifadə edilmək üçün Birləşmiş Ştatlara qaytaracaq. Bu proqram Amerika ilə Rusiya arasında mövcud olan razılaşmaya əsasən aparılır. Həmin bu razılıq nüvə başlıqlarından çıxarılmış plutoniumun mülki istifadəyə çevrilməsini nəzərdə tutur.

XS
SM
MD
LG