Accessibility links

İsrail qüvvələri Qəzzaya reyd edib - 2004-09-25


Cənubi Qəzza zolağındakı Fələstin qaçqın düşərgəsinə reyd edən İsrail qüvvələri orada bir nəfəri öldürmüş, onlarla evi isə dağıtmışlar. Xan Yunis düşərgəsinin sakinlərinin dediyinə görə İsrail qüvvələri səhər açılmazdan əvvəl düşərgəyə raket atəşi açaraq 55 yaşlı bir kişini öldürmüşlər. İsrail hərbi rəsmilərinin bildirdiyinə görə onlar yaxınlıqdakı Yəhdui məntəqəsinə raket atmaq istəyən militantları hədəfə almışlar. Bundan sonra tanklarla müşaiyət edilən zirehli buldozerlər düşərgəyə daxil olaraq 35 evi dağıtmışlar. Əlavə edək ki, bu hadisə Yəhudi təqviminin ən əziz bayramı olan Yom Kippura təsadüf edir.

XS
SM
MD
LG