Accessibility links

Iraq Milli Qvardiyasına başçılıq edəcək şəxs həbs edilib - 2004-09-26


Amerikanın səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə İraqın Diyala vilayətində Milli Qvardiyaya başçılıq edəcək general Talib Əbd Qayib Əl Lahibi həbs edilmişdir. Cəmi iki həftə əvvəl qvardiyaya başçılıq edəcəyi elan edilən Əl Lahibi İraqda koalisya qüvvələrinə qarşı vuruşan militant qrupu ilə əlaqəsi olmaqda ittiham edilir. Onun milli qvardiyaya başçılığı İraq müvəqqəti hökuməti tərəfindən təsdiq edilməli idi. İraq daxili işlər naziriliyinin yüksək səlahiyyətli nümayəndəsinin bildirdiyinə görə Əl Lahibinin militantlarla əlaqəsi bir həftə əvvəl məlum olub. Onun həbsinə isə kəşfiyyat və istintaq yol açıb. Bununla yanaşı ötən may ayı İraqın milli qvardiyasının əsgərini qətlə yetirdiyi itthamı ilə bir amerika əsgəri 25 il müddətinə azadlıqdan məhrum edilib. Federiko Merida adlı əsgər həm də hərbi xidmətdən kənarlaşdırığmış, rütbəsi endirilmişdir. Bu arada Amerikanın Fallucadakı hərbi qüvvələri isə Əbu Müsab Əl Qəzrqavinin terrorist hərəkatını diqqətlə izləyirlər. Amerika qüvvələri tank, döyüş təyyarələri və artilleriya silahları ilə militantların yığıncaq keçirdiyi bölgələri ataşə tutmuşlar. Hücum zamanı 7 nəfərin həlak olduğu, 10 adamın isə yaralandığı xəbər verilir.

XS
SM
MD
LG