Accessibility links

Dünya siyasətçiləri Putini ittiham ediblər - 2004-09-29


Çex Respublikasının keçmiş prezidenti Vatslav Havel və dünyanın daha 100 qabaqçıl siması Vladimir Putinin Rusiyada demokratiyanı zərbə altına aldığını deyirlər. Nümayəndələr narahatlıqlarını Avropa Birliyi və NATO-ya ünvanladıqları məktubda bildiriblər. Qrup cənab Putinin 3 gün sürən girov böhranını demokratiyanın boğulmasına vasitə kimi istifadə etdiyini bildirib. Məktubu imzalayanlar arasında Amerikanın iki senatoru-respublikaçı Con Makkeyn və demokrat Cozef Bayden, habelə ABŞ-ın BMT-dəki keçmiş səfri Riçard Holbruk da yer alırlar.

XS
SM
MD
LG