Accessibility links

Pakistanda Şiələr iğtişaş törədir - 2004-10-02


Pakistanda minlərlə Şiə müsəlmanı intiharçı bomba hücumu nəticəsində öldürülmüş 30 adamın dəfn mərasiminindən sonra iğtişaşlar törətmişlər. Şahidlərin dediyinə görə zorakılıqlar dəfn mərasimində iştirak etmək üçün Sialkot şəhərinə yiğılmış insanlar tərəfindən başlayıb. İğtişaşçılar maşınları, hökumət binalarını, polis məntəqəsini və şəhər merinin idarəsini yandırdıqdan sonra, təhlükəsizlik qüvvələri güllə və gözyaşardıcı qazla onlara cavab atəşi açmışlar. Polis bu günün zorakılıqlarına rəvac vermiş partlayışın detalları üzərində təhqiqat aparmaqda davam edir.

XS
SM
MD
LG