Accessibility links

Bosniyada yerli hökumətə seçkilər keçirilir - 2004-10-02


Bosniya-Herseqovinada bu gün seçicilər 1995-ci ildən bəri keçirilən 4-çü yerli hökumət üzərində keçirilən səsvermədə iştirak edəcəklər. 2,3 milyondan artıq seçici 140 bələdiyyədə merlər və yerlil şuraların tərkibini müəyyənləşdirəcəklər. Amma seçkiqabağı sorğu göstərir ki, səsvermədə seçicilərin 50 faizindən azı iştirak edəcək. Belə ki, bir çoxlarının siyasətçilərə inamı qalmayıb. Xorvat, Müsəlman və Serb icmalarını təmsil edən millətçi partiyaların əksər yerlərdə qalib gələcəyi gözlənilir. Bu partiyalar son illərdə öz mövqelərini yumşaldaraq Avropa ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çağıran şüarlarla çıxış etməyə başlamışlar.

XS
SM
MD
LG