Accessibility links

İraqda cəsədlər aşkar edilib - 2004-10-03


İraqdakı hospital rəsmilərinin bildirdiyinə görə polislər Bağdadın cənubunda bir kişi və bir qadın cəsədi aşkar etmişlər. Hər ikisi Qərbliyə oxşayan cəsədlərin kimliyi məlum deyil. Hospital işçilərinin dediyinə görə kişi başı kəsilmiş, qadın isə güllələnmiş halda tapılıb. Dünən erkən militantlar İraqlı kontraktoru Amerika qüvvələri ilə işbirliyində ittiham edərək onun başını kəsiblər. Videokasetə çəkilmiş edamda militantlar Amerika şirkətləri ilə birgə çalışan başqa İraqlıları da öldürəcəklərini demişlər. Başqa xəbərdə, Türk qüvvələrinin İraqın Kürd regionunda apardığı yeddi-illik sülhməramlı missiya rəsmən sona yetib. Bu qüvvə 1997-ci ildən bəri iki rəqib Kürd fraksiyası arasında əldə olunmuş atəşkəsə nəzarət edirdi.

XS
SM
MD
LG