Accessibility links

Iraq hökuməti Sünni üçbucağındakı qiyamları yatırmağa hazırlaşır - 2004-10-05


İraq baş naziri İyad Ələvi deyib ki, İraqın bəzi şəhərlərində hökmranlıq edən qiyamçıları darmadağın etməyə yönəlmiş yeni hərbi planlar üzərində iş gedir. O, əlavə edib ki, seçkilər cədvələ uyğun olaraq Yanvarda keçiriləcək. Başqa xəbərdə Liviya Prezidenti Moammar Qəddafinin oğlu İraqda 3 həftə öncə girov götürülmüş Britaniyalı mühəndis Kenneth Bigley-nin azad edilməsi üçün çalışdığını bəyan edib. Bu gün Vyanada çıxış edən Saif Qəddafi deyib ki, o, özünün xeyriyyə təşkilatları ilə mövcud əlaqələrindən istifadə edərək cənab Bigley-nin azadlığa buraxılmasına çalışır. O, bu addımı girovun ailəsi tərəfindən ona edilən müraciətdən sonra atıb.

XS
SM
MD
LG