Accessibility links

İran uzaqməsafəli raket istehsal edib - 2004-10-05


İran hökuməti bəyan edir ki, o, artıq 2000 kilometrlik məsafəni qət edə bilən raketə malikdir. İranın rəsmi xəbərlər agentiyinin verdiyi məlumatda keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani İranın bu raketlərdən istifadə qabiliyyətinin olduğunu bildiriərək, ölkəsinin öz hərbi qüdrətini bundan sonra da artıracağını deyib. Bu arada Qərbə qarşı sərt-xətt tərəfdarlarınin üstünlük təşkil etdiyi İran parlamentinin əlaqədar komissiyası uran zənginləşdirməsinə icazə verən qanunu təsdiq edib. Bu qanunun qüvvəyə minməsi üçün hələ də onun bütün parlament tərəfindən qəbul edilməsi tələb olunur. Başqa xəbərdə Sudana səfər edən Prezident Xatəmi həmin ölkənin prezidenti Ömər əl-Bəşiri sülhpərvər səylərinə görə alqışlayıb. Xatırladaq ki, Birləşmiş Ştatlar Sudan hökumətini cənubi Darfur bölgəsində dinc əhaliyə qarşı terror kampaniyası aparmaqda günahlandıraraq onu BMT sanskiyaları ilə hədələyir.

XS
SM
MD
LG