Accessibility links

Səddam Hüseyn BMT-nin sanksiyalarından 11 milyard dollar əldə edib - 2004-10-07


Amerika hökumətinin son hesabatında deyilir ki, Səddam Hüseyn BMT-nin sanksiyalarını rüşvətxorluq və xarici şirkətlərlə gizli sövdələşmələrə yol verməklə zəiflədə bilmişdi. Dünən buraxılan hesabatda neft vouçerlərinin İndoneziya prezidenti Meqavati Sukarnoputri, Fransanın daxili işlər naziri Çarlz Paskua kimi 40 ölkənin nümayəndələrinə satıldığı bildirilir. Sənəddə deyilir ki, bu vouçerlərin bir neçəsindən istifadə edilmişdir. Hesabatda bildirilir ki, Səddam Hüseyn rejimi bu yollarla 11 milyard dollar əldə etmişdi.

XS
SM
MD
LG