Accessibility links

ABŞ-da Prezident Namizedlərinin İkinci Debatı Keçirilib - 2004-10-09


ABŞ-da prezident namizedləri George Buş və Con Kerri Mizori ştatında keçirdikləri ikinci debatlarında tibbi sığorta, vergi ixtisarları, abort, ətraf mühit, İraq müharibəsi, İran və Şimalı Koreyanın nüvə proqramları kimi geniş məsələlər barədə öz mövgeilərini açıqlayaraq qarşı tərəfin proqramını kəsgin təngid etmişlər. Con Keri İraqda müharibəyə getmənin səhf bir qərar olduğunu terrorçuğa qarşı mübarizəni zəifləşdirdiyini söyləmişdir. O demişdir ki, Əfqanıstanda Osama Bin Ladeni axdarmalı olan ABŞ qoşunları İraqa ezam olunmuşlar. George Buş isə Səddam Hüseynin hakimiyyətdən salınmasından sonra dünyanın daha təhlükəsiz olduğunu söyləmişdir. O prezident seçildiyi təqdirdə Conn Kerrinin vergiləri artıracağını demişdir. Conn Kerri isə George Buşun prezidentliyi dövründə büdcə kəsrinin tarixdə görülmədiyi qədər artdığını xatırlatmışdır.

Debatın videosuna tercumesiyle bir yerde baxmaq istəsəniz. Sağ tərəfdə ikinci debatı seçin. (Tercumeni eliyibler Bulud Mehmandarlı və Əskər Möhsümoğlu)

XS
SM
MD
LG