Accessibility links

İpək Yolu ansamblı  - 2004-10-10


1998-ci ildə yarandığı gündən İpək Yolu ansamblı Azərbaycan, İran, Hindistan və Çinin xalq musiqisi ənələlərinin inkşaf etdirilməsi proqramları üzərində işəyir. Qrupun bəddi rəhbəri məşhur violeçelist Yo-YO Ma Alim Qasımovun muğamı yeni üslubda ifa etməsini dinlədikdən sonra Azərbaycan musiqisini İpək Yolu ansamblı ilə ifa etmək qərarına gəlmişdir. Müğənni Alim Qasımov deyir ki, bu prosesin hər iki tərəf üçün böyük əhəmiyyəti var. Konsertrlərdən əvvəl İpək yoklunun novatorları Alim Qasımov, violençelist Yo-Yo Ma, iranlı kaman ustası və bəstəkar Keyhan Kalhur, hindli zərb alətləri ifaçısı Sandip Das və çinli rok və xalq musiqisi ifaçısı Vu Tonq İpək Yolu layihəsinin müxtəfli xalqların musiqisi ənənələrinin inkişafında oynadığı rolu qeyd etdilər. Musiqiçilər hamısı bu fikirdədir ki, musiqi kimin ifa etməsindən olmayaraq, insanın ruhuna təsir edə bilən ən böyük bir qüvvədir. Son konsertdə Alim Qasımovun İpək Yolu ançamblı ilə birlikdə Fikrət Əmirovun “Kor Ərəb” və Üzeyir Hacıbəyovun Koroğlu operasından aşığın mahnısı oxuduğu zaman zalın reaksiyası da təsdiqlədi. Musiqi sərhəd tanımır.

XS
SM
MD
LG