Accessibility links

Misirdəki terror hadisəsində Rus vətəndaşları itkin düşüb - 2004-10-10


Qahirədəki Rusiya səfirliyinin verdiyi məlumata görə ötən Cümə Axşamı Sinay yarımadasındakı Taba Hilton otelinin partladılması nəticəsində 9 Rus vətəndaşı itkin duşüb. Rəsmilərin dediyinə görə ən azı bir qadın partlayış nəticəsində həlak olmuş, bir neçə Rus isə yaralanmışdır. Yaralananlar hazırda Misirdə və İsraildə müalicə olunurlar. Öldürülən 33 nəfərdən əksəriyyəti İsrail və Misir vətəndaşlarıdır. İsrail rəsmiləri bildirirlər ki, hücumların məharətliliyi bu hadisədə Əl-Qaida şəbəkəsinin əli olduğuna işarə edir. Öeyd edək ki, Misir polisi partlayıcı maddələrin Sinyaya ötürülməsində şübhəli bilinən bir neçə Bədəvini həbs edib.

XS
SM
MD
LG