Accessibility links

Bağdadda üsyançılar güclü partlayış həyata keçiriblər - 2004-10-10


Partlayış nəticəsində 17 nəfərin həlak olduğu xəbər verilir. İraq rəsmilərinin bildirdiyinə görə, partlayış paytaxtın şimal hissəsində Polis Akademiyası və Neft nazirliyinin yerləşdiyi yerdə baş verib. Hələlik rəsmilər partlayışa avtomobildə yerləşdirilmiş bombanın səbəb olduğu, ya da raket hücumu nəticəsində baş verdiyini müəyyən edə bilməyiblər. Bu insidentdən sonra İraqın mədəniyyət nazirliyi yaxınlığında intiharçının maşında yerləşdiridiyi bombanı partlatması nəticəsində bir ABŞ əsəgri həlak olmub. Bu arada, İraq hökuməti və Fəllücədə tayfa başçıları üsyançı şəhərin nəzarətinin hökumətə keçməsi məqsədi güdən danışıqlarda tərəqqi əldə edildiyini bildirirlər. İraq rəsmiləri tərəflərin razılığa yaxın olduğunu demiş, lakin təffərrüatlara varmamışlar. Üsyançılar Amerika hərbi qüvvələrinin şəhərə daxil olmasına icazə verilməsinin əleyhinədirlər.

XS
SM
MD
LG