Accessibility links

Çinli girovlar öldürülmə riski altındadır - 2004-10-11


Pakistanda iki çinli mühəndisi girov götürənlər mühasirəyə alınmış düşərgələrindən çıxmalarına yol verilməsə, girovları öldürücəkləri ilə hədələyirlər. Yaraqlı qrupun lideri Abdulla Məhsud “Amerikanın səsi”nə bildirib ki, onlara düşərgəni tərk etmə imkanı yaradılmasa, girovdarlar bədənlərinə sarıdıqları maddələri partlatmaqla həm özləri, həm də girovları qətlə yetirəcəklər. Pakistanın informasiya naziri Şeyx Rəşid Əhməd çinli mühəndislərin azad edilməsi ilə bağlı müzakirələrin davam etdirildiyini bildirib. Çinlilər şənbə günü Vəzirintan vilayətinin cənub, Əfqanıstanla sərhəd bölgəsində girov götürülmüşlər.

XS
SM
MD
LG