Accessibility links

Bu gün Birləşmiş Ştatlarda Kolumb günü qeyd edilir  - 2004-10-11


1492-ci ildə Xristofor Kolumbun 3 gəmisi yeni dünayaya yan almışdı. Kolumb gününün federal bayram kimi qeyd edilməsinə nəyin səbəb olduğu bir çox amerikalı üçün hələ də aydın deyil. Amerika tarixçiləri bu bayramla bağlı ziddiyyətli fikirlərə maliikdirlər. Bəziləri hesab edirlər ki, bu uydurulmuş bir bayramdır. Məqsəd Xristofor Kolumbun nailiyyətlərini italyanların dünyaya xidməti kimi nümayiş etdikmək idi. 18-ci əsrdən etibarən italyan mənşəli amerikalıların assosiasiyası 15-ci əsrin səyahətçisi, Amerikanı daha firavan həyat üçün kəşf edən Kolumbun şərəfinə tədbirlər keçirməyə başladı. Lakin indi alimlər Kolumbun kəşfinin cəsarətli bir macara olması ilə yanaşı, onun Amerikada dəhşətlırı səbəb olduğunu deyirlər. Alimlərin bəziləri hesab edirlər ki, bu gün Xristofor Klombun qurbanlarının xatirəsi yad edilməlidir. Belə ki, avropalıların Amerika ilə təması bu yerlərdə yaşayanlar üçün dəhşətli bir təcrübə olmuşdu. Kolumb çiçək və qızılca kimi xəstəliklərə qarşı təbii immunitetə malik olmayan yerli əhalinin 50-dən 90 faizinin ölümünə səbəb olan ötürücü rolunu oynamışdı. Əlbəttə alimlər deyirlər ki, bunu qəsdən edilmiş bir addım kimi qiymətləndirmək yanlışlıq olardı. Amma baş verənləri unutmaq da olmaz. Kolumb günü artıq 70 ildir milli bayram kimi qeyd edilir.

XS
SM
MD
LG