Accessibility links

Sorğular Əfqan seçkilərində Həmid Karzainin qalib gəldiyini göstərir - 2004-10-12


Əfqanıstan tarixindəki ilk prezident seçkilərində səs vermiş insanlar arasında götürülmüş ilkin sorğuların nəticələri müvəqqəti prezident Həmid Karzainin prezident seçildiyini göstərir.

Amerikanın Beynəlxalq Respublikaçılar İnstitutunun apardığı rəy sorğusuna görə Prezident Həmid Karzai 46 faiz səs fərqi ilə Şənbə günü keçirilmiş prezident seçkilərində qələbə çalıb. Baxmayaraq ki, seçkilərdə 18 nəfər namizəd iştirak edirdi, hesablamalara görə cənab Karzai üzvü olduğu və ölkənin ən iri etnik qrupu olan Paştunlar arasında səslərin 86 faizini toplayıb.

Bu qələbəni mülayimləşdirən faktor cənab Karzainin başqa etnik qruplar arasında nizbətən aşağı səs toplamasıdır. Əgər rəy sorğuları düzgündürsə onda seçkilərin ikinci turuna ehtiyac qalmayacaq. Belə ki, qaydalara əsasən ikinci tur yalnız heç bir namizədin 50 faiz səs toplaya bilmədiyi halda keçirilməlidir.

Rəy sorğusunda Əfqanıstanın 33 vilayətindən 22-nin 13 minlik əhalisi iştirak edib. Bura həmçinin Pakistanda məskunlaşan Əfqan qaçqınları daxildir. Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi rəy sorğusu ictimaiyyətə açıqlanmış yeganə sorğudur. Lakin xüsusi xidmət agentliklərinə yaxın olan mənmbvənin verdiyi məlumata görə də iki kəşfiyyat xidmətlərinin götürüdüyü sorğu eyni nəticələri verib.

Bu arada cənab Karzainin siyasi rəqibləri seçkilərdə baş vermişqanunsuzluq halları ilə bağlı Əfqan-BMT birgə seçki komissiyasına müraciət etmişlər. Çin paytaxtından verdiyi bəyanatda isə Kofi Annan tərəfləri seçki komissiyasına etibar göstərməyə və seçkinin nəticələrinə hörmət etməyə səsləmişdir.

XS
SM
MD
LG