Accessibility links

Britaniya lideri mövqeyini dəyişmir - 2004-10-13


Bu gün parlamentin suallarına cavab verən Britaniyanın baş naziri Toni Bleyer Səddam Hüseynin müharibədən əvvəlki kütləvi qırğın silahlarına dair məlumatların yanlışlığını qəbul etməmişdir. Britaniya parlamenti baş nazir Toni Bleyer qarşısında müharibədən əvvəlki kəşfiyyat məlumatlarının yanalışlığı, Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olması və İraqa qarşı müharibənin doğru istiqamətdə aparılmasına dair suallar qaldırıb. Baş nazir Bleyer İraqın kütləvi qığrın silahlarına malik odluğundan əminliklə danışırdı. Lakin hazırda hökumət bunun yanlış olduğunu qəbul edir. Toni Bleyer isə İraq liderinin kütləvi qığın silahları əldə etmək niyyətində olduğunu bildirirək, İraqa müdaxiləyə bəraət qazandırır. Keçən ay BMT-nin baş katibi Kofi Annan da İraq müharibəsinin qeyri-qanuni olduğunu demişdi. Britaniyanın baş naziri gələn il keçiriləcək seçkilərdən əvvəl diqqətini daxili məsələlərə yönəltməyə çalışsa da, İraq məsələsindən yaxa qurtara bilməyəcək.

XS
SM
MD
LG