Accessibility links

Kütləvi məzardan cəsədlər çıxarılır - 2004-10-13


İraqın müvəqqəti baş naziri İyad Ələvi terrorist Əbu Musab əl Zərqavi təhvil verilmədiyi təqdirdə Falluca şəhərinə yeni hücumlar eiləcəyi barədə xəbərdarlıq edib. Ələvi bu xəbərdarlığını İraqın iki kəşfiyyat nümayəndəsinin başının kəsildiyindən sonra edib. İraqdan alınan digər məlumatda isə bildirilir ki, təhqiqatçılar İraqın şimalında kütləvi məzardan tapılmış cəsədləri çıxarmağa başlayıblar. Onlar diktator Səddam Hüseynin keçiriləcək məhkəməsində bunlardan dəlil kimi istifadə ediləcəyinə ümid edirlər. Onların dediyinə görə, Hatra kəndinin yaxınlığında tapılan doqquz məzardan 300 nəfərin cəsədi tapılmışdır. Lakin uşaqlar da daxil edilməklə minlərlə cəsədin olduğu etimalı var. 1987-88 ci illərdə Səddam Hüseyn tərəfindən öldürülənlərin İraq kürdləri olduğu təxmin edilir.

XS
SM
MD
LG