Accessibility links

Tokioda donor ölkələrin konfransı keçirlir - 2004-10-13


İraq rəsmiləri müharibədən sonra ölkənin yenidən qurulması prosesinə daha artıq xarici yardım göstərilməsini istəyirlər. Tokioda keçirilən iki günlük konfransda İraqın baş nazir müavini Bəhram Saleh 55 ölkə nümayəndəsi və təşkilatlarına müraciət edərək, terrorizmin kökünün kəsilməsində onların yardımının labüdlüyünü söyləyib. Cənab Saleh deyib ki, İraq xalqının sabit gələcəyi üçün yardım indi lazımdır. Tokio toplantısı iyun ayı Madriddə donor ölkələrin 13 milyard dollar yardım vədi ilə keçirdikləri yığıncaqdan sonra təşkil edilən ilk konfransdır.

XS
SM
MD
LG