Accessibility links

Almaniya İraqa qüvvə göndərməyəcək - 2004-10-13


Almaniya hökuməti İraqa qüvvə göndərməyəcəyi qərarını bir daha təkrar edib. Kansler Gerhard Şröyderin sözçüsü bildirib ki, Almaniya lideri Berlinin İraqla bağlı mövqeyinin dəyişməyəcəyini kabinet qarşısında söyləyib. Almaniyanın Financial Times qəzeti müdafiə nazirinə istinadən yazır ki, qüvvələrin göndərilməsi indi nəzərdə tutulmur. Lakin İraqda nələr baş verəcəyini heç kim əvvəlcədən deyə bilmədiyinə görə qəti qərar verilə bilməz. Müdafiə naziri Peter Strak bu gün NATO-nun Rumıniya yığıncağında deyib ki, bəlkə bir neçə ildən sonra Almaniya vəziyyətə müdaxilə edə bilər.

XS
SM
MD
LG