Accessibility links

ABŞ prezidenti müsəlmanları Ramazan münasibəti ilə təbrik edib - 2004-10-15


Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş Amerika və dünya müsəlmanlarını mübarək Ramazan ayı münasibəti ilə təbrik etmişdir. Prezident demişdir ki, Ramazan Quranın Məhəmməd peyğəmbərə nazil olduğu aydır. Ədalət, məhəbbət, güzəşt və sülhün labüdlüyünü öyrədən Gurani-Kərim əsrlərlə milyonlarla müsəlmanın bələdçisi omuşdur. Bu müqəddəs gün müsəlmanların oruc tutub, ibadət etmələri ilə Allaha bağlılıqlarının təcəssümüdür. ABŞ prezidenti demişdir ki, Amerika tarixi bizə bütün dinlərə etiqad edən qadın və kişi, din azadlığını bölüşən, ailə məhəbbəti ilə yaşayıb, Allaha şükr edənlərə hörmət göstərilməsini öyrədib. İslama etiqad edən amerikalılar bizim cəmiyyəti zənginləşdirib, ölkəmizin daha firavan gələcək qurmasına yardım edir. Laura da mənim arzularıma qoşulur. ABŞ prezidenti Corc Buş.

XS
SM
MD
LG