Accessibility links

Terrorçulara qarşı hücumlar intensivləşir - 2004-10-15


Amerika və İraq qüvvələri Fəllucə şəhərində terrorçulara qarşı hava və qurudan yeni hücumlara keçib. Yerli sakinlərin bildirdiyinə görə bu, Əbu Müsab Əl-Zərqaviyə sadiq terrorçulara qarşı ən güclü hücum olmuşdur. Xəstəxana işçiləri gecə hücumları nəticəsində 3 adamın həlak olduğunu deyirlər. Dünən hökumət və şəhər liderləri arasındakı müzakirələr baş tutumışdı. Yerli polisin bildirdiyinə görə, Amerika qüvvələri tərəfindən sülh müzakirəçilərinin baçısı Xalid Əl-Cumeyli həbs edilmişdir. Bağdadda isə Ramazan ayının ilk günü polis idarəsi qarşısında baş verən partlayış nəticəsində 11 mülki adam həlak olmuşdur.

XS
SM
MD
LG