Accessibility links

Zimbabvenin müxalifət lideri azad edildi - 2004-10-15


Zimbabvenin Ali Məhkəməsi Prezident Robert Mugabeyə qarşı siu-qəsd və dövlət çevrilişi cəhdində günahlandırılan ən böyük müxalifət partiyasının rəhbərini azad edib. Müxalif Demokratik Dəyişiklər Hərəkatının rəhbəri Morgan Tsvanqirai məhkəmənin hakimi Paddington Garv tərəfindən günahsız elan edilmişdir. Hakimin gərarında deyilir ki, cənab Tsvanqirainin məhküm edilməsinə əsaslı sübut yoxdur. İttihamlar cənab Tsvanqirainin Kanadanın Dikkens və Mədson siyasi məsləhət şirkətinin nümayəndəsi Ari Ben Menaşe ilə keçirdiyi bir neçə görüşdən sonra irəli sürülmüşdü. Şirkətin Zimbabve hökümətinin məvacib siyahısında olduğundan cənab Tsvanqirai xəbərdar deyildi. Tsvanqirainin müdafiəçiləri tərəfindən o, yalançı elan edilmişdir. Müxalifət rəhbərinin tərəfdarları isə cənab Ben Menaşinin onların sözü ilə deyilsə, şübhəli işlərdə iştirakını geyd etmişlər.

XS
SM
MD
LG