Accessibility links

Beslan terroristlərinin narkomanlar olduğu aşkar edilib - 2004-10-17


Rusiya müstəntiqləri Beslan şəhərindəki girov böhranının iştirakçılarının narkomanlar olduğunu bildirirlər. Rusiyanın baş prokurorunun müavini Nikolay Şepelin dediyinə görə, öldürülmüş terrorçuların tibbi ekspertizası zamanı onların heroin və morfindən istifadə etdikləri aşkar edilib. Cənab Şepelin bəyantında deyilir ki, ekspertiza terrorçuların bəzilərinin öldürücü dozalarla narkotiklər qəbul etdiyini göstərib. Eyni zamanda, Rusiyanın Təhlükəszlik Şurasının katibi İqor İvanov bugünkü müsahibəsi zamanı Beslan faciəsindən dərs alınmalı olduğunu bildirərək, rəsmilərin işdən çıxarılmasını əsassız adlandırıb.

XS
SM
MD
LG