Accessibility links

İordaniya krallığı terrorçuları ittiham edir - 2004-10-17


İordaniya krallığı terror hücumları cəhdində qacaq Əbu Musab əl Zərqavi də daxil edilməklə, Əl Qaidə terror qrupundun 13 üzvünü günahlandırıb. Əmman prokurorolarının bildirdiyinə görə terrorçular Birləşmiş Ştatlar səfirliyi, hökumət idarələri və digər hədəflərə qarşı kimyəvi və adi silahlarla hücumlar palanlaşdırıb. İttihamlar irəli sürülən şəxslərin 9-u artıq İordaniyada nəzarət altında, qalanları isə axtarışdadır. Günahkar tanındıqları təqdirdə onları ölüm hökmü gözləyir. Zərqavi hələ 2002-ci ildə Əmmanda Birləşmiş Ştatlar diplomatının qətlində günahlandırılaraq ölumə məhkum edilmişdi. Onun İraqda girov götürülməsi və girovların başlarının kəsilməsinin məsuliyyətini daşıyan terrorçulara başçılıq etdiyinə inanılır. İordan rəsmiləri hələ aprel ayında ilk dəfə terror cəhdinin qarşısının alındığını bildirirlər. Kral Abdulla hucumunun baş verəcəyi təqdirdə minlərlə insanın qətlə yetiriləcəyini bildirmişdi.

XS
SM
MD
LG