Accessibility links

Britaniya Buşa siyasi dəstək verdiyini danır - 2004-10-17


Britaniyanın nazirlər kabineti İraqın şimalına qüvvə göndərilməsi ilə prezident Buşun siyasi mövqeyinin gücləndirilməsinə dair ittihamları rədd edib. Səhiyyə və keçmiş müdafiə naziri Con Reyd deyib ki, prezidentin perspektivlərinin gücləndirilməsinə dair heç bir siyasi sövdələşmə mövcud deyil. O, müxalif partiyaların bu iddialarının Britaniya qüvvələrinin nüfuzuna zərbə endirdiyini bildirib. Britaniya mətbuatında 650 əsgərdən ibarət hərbi qüvvənin İraqın şimalındakı Fəllucə şəhərinə göndərilməsinin Amerika qüvvələrinə yardım məqsədi daşıdığı yazılır. Sabah Britaniyanın müdafiə naziri Cef Hun məsələ ilə əlaqədar parlament qarşısında çıxış etməlidir.

XS
SM
MD
LG