Accessibility links

Tacikistanda Rusiyanın daimi hərbi bazası açıldı - 2004-10-17


Tacikistanda Russiyanın daimi hərbi bazasının açılışı ilə Moskvanın Orta Asiyadakı mövcudluğu genişləndirilmiş olur. Bu günkü rəsmi bayraqqaldırma mərasimindən sonra Russiya prezidenti Vladimir Putin demişdir ki, baza reqionda sülh və sabitliyi təmin edəcək. Onun sözlərinə görə bazanın əsas məqsədi terrorist və ekstremist hücumlarını neytrallışdırmaq olacağ. Cənab Putin və onun tacik həmkarı İmoməli Rəhmonov dünən 5 min əsgərdən ibarət Russiya goşunlarının yenı bazasının açılması barədə sazişi Düşənbədə imzalamışlar. Bu bazanın müqabilində Russiya Prezidenti gələn 5 il ərzində Tacikistanda ümumi məbləği 2 milliyard dollar həcmində investisiya qoyuluşuna vəd vermişdir. Düşənbəyə səfəri zamanı cənab Putin Qazaxıstan, Qırğızıstan və Özbəkistan rəhbərlərinin iştirakı ilə keçirələcək Orta Asiya Əməkdaşlıq Təşkilatının sammitində də iştirak edəcək.

XS
SM
MD
LG