Accessibility links

Prezident seçkilərinə iki həftə qalır. - 2004-10-18


Prezident seçkilərinə iki həftə qalır. Prezident Buş və senator Kerri seçkinin nəticələrinə təsir göstərə biləcək on ştatda seçiciləri öz tərəflərinə çəkməyə çalışırlar. Demokrat partiyasından prezidentliyə namizəd Con Kerri seçki kampaniyasını prezident Buşun qardaşı Ceb Buşun qubernator olduğu Florida ştatında aparır. Seçicilər qarşısında çıxışında demokrat senator prezident Buşuin ictimai sığorta və iqtisadiyat sahələrind planlarını tənqid etdi. Prezident Buş senator Kerridən öncə Floridada kampaniya aparmışdı. Burada ABŞ prezidenti əsasən, qasırğadan zərər çəkənlərə yardım haqda danışmışdı. Hazırda prezident Buş kampaniyasını demokrat ştat sayılan Nyu Cersidə davam etdirir. Bu arada, ABC şirkətinin keçirdiyi son rəy sorğusu prezident Buşun senator Kerridən irəliyə çıxdığını göstərir. Hazırda prezident Buşu seçicilərin 50, senator Kerrini isə 46 faizi dəstəkləyir. Müstəqil namizəd Ralf Neyderi dəstəkləyənlər iki faiz təşkil edir. Demokratlar 2000-ci ildə Əl-Qorun səsləri itirməsində Neyderi günahlandırırlar və deyirlər ki, bu seçkilərdə müstəqil namizədə veriləcək səslər prezident Buşa səs vermək demək olacaq. Bu seçkilərin Amerikanın yeni tarixində namizədlər arasında fərqin oldquca az olduğu və hər bir səsin əhəmiyyət kəsb edəcəyi bir seçki olacağı düşünülür.

XS
SM
MD
LG