Accessibility links

ABŞ vasitəçi Şeyx Xalid əl-Cümeiyini azad edib. - 2004-10-18


Birləşmiş Ştatların hərbi qüvvələri Fəllücədə ABŞ qüvvələrinin genişmiqyaslı hücumunun qarşısını almaq səylərinə qatılmış vasitəçi Şeyx Xalid əl-Cümeiyini azad edib. O, keçən həftə militantlar və İraq hökuməti arasında danışıqlar kəsildikdən sonra həbs edilmişdi. Baqubada polis konvoyu gecə pusquya düşmüş, hadisə nəticəsində 7 zabit yaralanmıdır. Polis silahlı şəxsin qaçdığını deyib. Bu arada, İraqın baş naziri İyad Əlavi hökumətin silahı təhvil verənlərə pul vəsaiti verilməsi proqramının vaxtını uzadacağını bəyan edib. Hökumətin bu addımı İraqda seçkilərdən öncə əhalinin tərksilah edilməsi məqsədi daşıyır.

XS
SM
MD
LG