Accessibility links

Belarusiyada Amerika vətəndaşı həbs edilib - 2004-10-19


Belarusiya rəsmilərinin bidlirdiynə görə Minskə dəvət edilən Amerika vətəndaşı saxtakarlıq ittihamı ilə həbs edilib. İlya Mafter adlı bu şəxs yerli mobil telefon şirkətini aldatmaqda günahlandırılır. Gorc Soros adına açıq ictimaiyyət xeyriyyə şirkətinin əməkdaşı cənab Mafter Minskə BMT nümayəndələri tərəfindən bir sıra layihələrlə bağlı əməkdaşlıq müzakirələrinə dəvət edilmişdi. Onun parlament seçkiləri və referendumdan iki gün əvvəl, yəni cümə günündən etibarən həbsdə saxlandığı bildirilir.

XS
SM
MD
LG