Accessibility links

BMT-nin açıqladığı hesabatda İsrailin Qəzza zolağında yaxınlarda 107 fələstinlinin öldüyü, 700-dən artıq adamın evsiz qaldığı deyilir. - 2004-10-23


BMT-nin açıqladığı hesabatda İsrailin Qəzza zolağının şimalında bu yaxınlarda keçirdiyi hərbi əməliyyatlar nəticəsində 107 fələstinlinin öldüyü, 700-dən artıq adamın evsiz qaldığı deyilir. Fələstinli qaçqınların problemlərilə məşğul olan BMT-nin Yardım və İş Agentliyi hesabatını bu həftənin əvvəli açıqlayıb. Burada İsrailin 17 gün ərzində müdaxiləsi nəticəsində 3 milyon dollar məbləğində əmlak zərəri vurulduğu deyilir. İsaril BMT-nin hesabatına reaksiya verməyib.

XS
SM
MD
LG