Accessibility links

Ukraynada nümayişlər keçirilir - 2004-10-23


Müxalifətdən prezidentliyə namizəd Viktor Yuşçenkonu dəstəkləmək məqsədi ilə bu gün 30 minə yaxın adam Ukraynanın paytaxtı Kiyev şəhərində küçələrə çıxıb. Nümayişçilər əllərində bayraqlar seçkilərin azad keçirilməsinə çağırmişlar. Nümayiş iştirakçilarının bəziləri cənab Yuşçenkonun tərəfdarlarının başqa şəhərlərə yürüş etmələrinin qarşısının alınacağından şikayətlənirdilər. Hal-hazırda Ukrayna oktyabrın 31-də keçiriləcək prezident seçkilərinin kompaniyasını yaşayır. Rəy sorğuları göstərir ki, keçiriləcək prezident seçkilərində cənab Yuşçenko baş nazir Viktor Yanukoviçlə eyni dəstəyə malikdir.

XS
SM
MD
LG