Accessibility links

Prezident seçkiləri zamanı terror hadisəsi haqda dəlil aşkar edilməyib - 2004-10-23


Nəşr edilmiş hesabata görə Amerika kəşfiyyat və hüquq mühafizə orqanlarının apardığı 5 həftəlik tədqiqat qarşıdan gələn prezident seçkiləri ilə bağlı terror qəsdinin mövcudluğu haqda dəlil aşkar etməyib. Vaşinqton Post qəzetinin verdiyi məlumata görə keçən ay Federal Təhqiqat Bürosu və Mərkəzi Kəşfiyyat Agentliyi prezident Buşa seçki günü olan noyabrın 2-si terror əməliyyatları ehtimalından doğan hesabat təqdim etmişlər. Qəzetin yazdığına görə bu məlumatın əsasında yüzlərlə şəxs dindirilmiş, qeyri-qanuni emiqrantlar həbs edilmiş və başqa tədbirlər həyata keçirilmişdir. Amerika rəsmisinin dediyinə görə, sonradan bu məlumatın mənbəyi etimaddan düşmüş və bununla da seçkidən qabaq hücumun baş verəcəyi barədə başqa göstəricilər də sual altına alınmışdır.

XS
SM
MD
LG