Accessibility links

Rusiya prezidenti Ukraynaya gedir - 2004-10-26


Rusiya prezidenti Vladimir Putin 3 günlük Ukrayna səfərinə başlayır. Bu gün Ukrayna televiziyası ilə canlı çıxş edən prezident Putin ukraynalıların sullarını cavablandıracaq. Çümə axşamı rus lideri Ukraynanın alman işğalından azad edilməsinin 60 illiyi münasibəti ilə təşkil edilən tədbirlərdə iştirak edəcək. Bu arada Ukraynanın Lvov şəhərində 10 minlərlərlə tələbə etirazçının iştirakı ilə nümayiş təşkil edilib. Bələdiyyə idarəsi qarşısına toplaşanlar bazar günü seçkilərindən əvvəl tələbə fəallara qarşı hökumətin repressiyalarına etiraz edirlər. Dünən Amnisty İntenational bildirmişdi ki, Pora müxalifət qrupunun üzvləri Ukrayna hökumətinin təzyiqləri və həbsləri ilə üzləşir.

XS
SM
MD
LG