Accessibility links

Putin Ukrayna və Rusiyanı ikili vətəndaşlığa çağırır - 2004-10-30


Rusiya prezidenti Vladimir Putin ölkələr arasında ikili vətəndaşliq barədə Rusiya-Ukrayna danışıqlarına çağırır. Cənab Putin bu təklifi bu gün, Ukraynada prezident seçkilərinə qızğın mübarızə getdiyi bir zamanda və seçkilərə bir gün qalmış verib. O, bu məsələ ilə əlaqədar Rusiya qanunvericilərini ukraynalı həmkarları ilə danışıqlara başlamağa çağırıb. Ukraynada çoxlu rus yaşayır və onlar öz dillərində danışmağı daha rahat sayırlar. Qərb Ukrayna hökumətini seçki kampaniyasını düzgün aparmamasına və mətbuata düzgün məlumat çatdırmamasına görə tənqid edir. Ukrayna rəsmiləri bildlrlrlər ki, seçkilər zamanı asayiş 140 000 polis tərəfindən qorunacaq.

XS
SM
MD
LG