Accessibility links

İraqda geniş hərbi əməliyyatların keçiriləcəyi gözlənilir - 2004-10-30


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin ƏL Anbar vilayətində təhlükəsizliyi təmin etmək məqsədi ilə həyata keçirdikləri əməliyyatlar nəticəsində 8 əsgər həlak olmuş, 9-u isə yaralanmışdır. Bundan əvvəl xəbər verilmişdi ki, Birləşmiş Ştatların hərbi qüvvələri Falluca şəhərinin ətrafında hərbi əməliyyatlar aparır. İraqın müvəqqəti baş naziri İyad Ələvi deyib ki, müqavimətin dayandırılması üçün aparılan danışıqlarda tərəqqi əldə edilmədiyi təqdirdə qiyamçıları və əcnəbi yaraqlıları məğlubiyyətə uğradacaq geniş hərbi əməliyyat həyata keçiriləcək. Bağdadda Əl Ərəbiyyə telekanalının binası yaxınlığında avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində 7 nəfərin həlak olduğu və 16 nəfərin də yaralandığı bildirilir.

XS
SM
MD
LG