Accessibility links

BMT girovların buraxılmasına səsləyir - 2004-10-31


Birləşmiş Millətlər Təşkilatı keçən həftə Əfqanıstanda girov götürülən 3 humanitar yardım işçisinin azad edilməsi ilə bağlı emosional müraciətlə çıxış edib. Bu gün verdiyi açıqlamada BMT sözçüsü girovdarlardan işçilərə xətər yetirməməyi xahiş edib. Onun dediyinə görə hər 3 girovun tibbi diqqətə ehtiyacı var və ən optimal variant onların azad edilməsidir. Həmçinin Bazar günü girovları saxlayan militantlar tələblərə əməl müddətini Çərşənbə gününədək uzada biləcəklərini bəyan etmişlər. Girovdarlar BMT və xarici qüvvələr Əfqanıstanı tərk etmədiyi halda girovları öldürəcəklərini deyiblər.

XS
SM
MD
LG